Məşqçilərimiz Nyona gedir

Məşqçilərimiz Nyona gedir
XƏBƏR 2 Aprel 2018 / 17:39 1977
-  A +

Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA-nın mənzil-qərargahında təşkil ediləcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək.

AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan adları aşağıda göstərilmiş məşqçilərdən ibarət olacaq:
 
Samir Abasov, Mayk Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov, Rəşad Sadıqov.

Son xəbərlər
topaz banner