Cengiz Ündər "Barselona" ilə oyunu buraxacaq

Cengiz Ündər "Barselona" ilə oyunu buraxacaq
XƏBƏR 2 Aprel 2018 / 17:07 2658
-  A +

"Roma" Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə ilk oyunu öncəsi ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "canavarlar"ın türkiyəli yarımmüdafiəçisi Cengiz Ündər vacib oyunu buraxacaq. 21 yaşlı futbolçu zədəli olduğu üçün "Nou Kamp"dakı qarşılaşamda meydana çıxa bilməyəcək. Ündər eyni səbəbdən İtaliya A Seriyasının son turunun "Bolonyo" ilə matçında da oynamamışdı.

Qeyd edək ki, "Barselona" - "Roma" oyunu aprelin 4-də keçiriləcək. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Son xəbərlər
topaz banner