"Qrizmann "Barsa"ya keçsə, 6 hücumçu ilə oynayacağıq"

"Qrizmann "Barsa"ya keçsə, 6 hücumçu ilə oynayacağıq"
XƏBƏR 2 Aprel 2018 / 16:44 4483
-  A +

"Barselona"nın müdafiəçisi Samuel Umtiti Fransa millisindən komanda yoldaşı olan Antuan Qrizmannın Kataloniya klubuna mümkün keçidi haqda danışıb.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, o, "Atletiko"nun hücumçusu ilə bu haqda söhbət etdiyini gizlətməyib:

"Düzdür, biz bu barədə çox danışırıq. Antuanın "Barselona" ilə bağlı fikrini öyrənmək üçün onunla söhbət etmişəm. Hər bir futbolçu bu komandada oynamağı arzulayır. Əgər Qrizmann "Barsa"ya keçsə, onda 6 hücumçu ilə oynayacağıq".

Qeyd edək ki, Qrizmannın yayda 100 milyon avro qarşılığında "Barselona"ya keçəcəyi söylənilir.

Son xəbərlər
topaz banner