“Yuventus”la oyunları buraxacaq - “Real”da itki

“Yuventus”la oyunları buraxacaq -  “Real”da itki
XƏBƏR 2 Aprel 2018 / 15:53 3289
-  A +

Madridin “Real” klubu itki ilə üzləşib.

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Naço Fernandes zədələnib.

İspaniya millisinin üzvü La Liqanın son turunda “La-Palmas”la keçirilən oyunda budundan zədə alıb. Onun 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə o deməkdir ki,  Naço Çempionlar Liqasının 1/4 finalında “Yuventus”la keçiriləcək hər iki görüşü buraxacaq

Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 3-də, cavab matçı isə 11-də olacaq.

Son xəbərlər
topaz banner