Premyer Liqa klubu baş məşqçisini qovdu

Premyer Liqa klubu baş məşqçisini qovdu
XƏBƏR 2 Aprel 2018 / 15:27 2193
-  A +

İngiltərənin “Vest Bromviç” klubu baş məşqçisi Alan Pardyu ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın uğursuz çıxışı rəhbərliyin belə qərar verməsinə səbəb olub. Baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Darren Mur gətirilib.

“Vest Bromviç” 32 turdan sonra 20 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Alan Pardyu ötən ilin noyabr ayından komandanı çalışdırırdı.

Son xəbərlər
topaz banner