Çempionlar Liqasında daha iki oyunun hakimləri bilindi

Çempionlar Liqasında daha iki oyunun hakimləri bilindi
XƏBƏR 2 Aprel 2018 / 15:00 2202
-  A +

Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək son iki oyunun da hakim təyinatları açıqlanıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Nou Kamp”da keçiriləcək “Barselona” – “Roma” oyununu hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkiele olacaq.

“Liverpul” – “Mançester Siti” görüşünü isə almaniyalı Feliks Brix idarə edəcək.

Qeyd edək ki. Aprelin 4-də keçiriləcək oyunlar Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər
topaz banner