"Qarabağ"da ciddi itki - 1 ay oynamayacaq

"Qarabağ"da ciddi itki -  1 ay oynamayacaq
XƏBƏR 2 Aprel 2018 / 13:38 3835
-  A +

"Qarabağ" ciddi itki ilə üzləşib.

Klubdan Qol.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin müdafiəçisi Yakub Jezniçak zədələnib.

Milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqada yaranmış fasilə zamanı zədə alan polşalı futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Qeyd edək ki, əzələsində problem olan Jezniçakın adı dünən "Keşlə" ilə keçirilən oyunun iştirak ərizəsinə salınmamışdı.

Son xəbərlər
topaz banner