Ndlovudan 4 oyuna 4 qol

Ndlovudan 4 oyuna 4 qol
XƏBƏR 2 Aprel 2018 / 12:10 3693
-  A +

Qış fasiləsində "Qarabağ"ı Çinin "Xançjou Qrintaun" klubuna dəyişən Dino Ndlovu yeni komandasında məhsuldar oyunu ilə fərqlənir.

Qol.az-ın məlumatına görə, cənubi afrikalı hücumçu birinci liqanın 4-cü turunda “Şanxay Şenxin”lə oyunda (3:4) növbəti qolunu vurub. 28 yaşlı forvard penaltidən fərqlənib. Bununla da o, 4 oyuna 4-cü qolu aktivinə yazdırıb.

Qeyd edək ki, Ndlovunun komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Son xəbərlər
topaz banner