Araz üçün 9 dəqiqə

Araz üçün 9 dəqiqə
XƏBƏR 2 Aprel 2018 / 00:31 2603
-  A +

Kipr çempionatında 30-cu turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Araz Abdullayevin formasını geydiyi “Anortosis” səfərdə “Omoniya”nın qonağı olub.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayan Abdullayev 81-ci dəqiqədə Sekou Sissenin əvəzinə meydana çıxıb. Görüş Arazın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, xallarının sayını 63-ə çatdıran “Anortosis” üçüncü pillədə qərarlaşıb.

Son xəbərlər