Topaz Premyer Liqanın 21-ci turunda “Qəbələ” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 2-də Qəbələ şəhər stadionunda baş tutacaq matç komandalar arasında 23-cü oyun olacaq. İndiyədək yalnız ölkə çempionatlarında yolları kəsişən rəqiblər 22 dəfə münasibətlərini ayırd edib. İlk görüşləri 7 il əvvələ təsadüf edən klubların duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. “Qırmızı-qaralar” əvvəlki matçların hamısında qol sevinci yaşayıblar. Bu da nəticələrdə öz əksini tapıb. Komandanın hesabında 15 qələbə və 5 heç-heçə var. “Sumqayıt” isə cəmi 2 dəfə qalib gəlib. Top fərqində də “Qəbələ” böyük üstünlüyə malikdir – 40:16. Düzdür, cari mövsümün hər iki oyununun taleyini cəmi 1 qol həll edib. “Qırmızı-qaralar” evdə də, səfərdə də 3 xalı 1 qolla qazanıblar.
Hər iki məğlubiyyətini səfərdə alan “Qəbələ” evdəki qarşılaşmalarda rəqibinə uduzmayıb. Komanda öz meydanındakı 11 görüşdən yalnız birində heç-heçə edib, 10 matçda isə azarkeşlərinə qələbə sevinci bəxş edib. Evdə 23 dəfə fərqlənən komanda yalnız 5 top buraxıb.
“Sumqayıt”la oyunlarda vurulan 40 topa “Qəbələ”nin 25 futbolçusu imza atıb. Daha bir dəfə rəqib futbolçu Cəmil Hacıyev öz qapısına qol vurub. “Qırmızı-qaralar”ın sumqayıtlılarla görüşlərdəki bombardiri Viktor Mendi 7, Aleksey Qay və Dodo hərəyə 3, Umar Kalabane, Baqali Dabo, Cavid Hüseynov və Lorenzo Ebesilio isə 2 qol vurublar.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video