"Keşlə"nin legioneri də "Qarabağ"la oyunu buraxacaq

"Keşlə"nin legioneri də "Qarabağ"la oyunu buraxacaq
XƏBƏR 1 Aprel 2018 / 13:26 1591
-  A +

Topaz Premyer Liqanın 21-ci turunda bu gün “Qarabağ”ın qonağı olacaq “Keşlə” daha bir futbolçusunun xidmətindən məhrum olub.

Klubdan Qol.az-a verilən məlumata görə, qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Herve Tçami Ağdam klubu ilə görüşdə meydana çıxmayacaq. Məşq zamanı zədə alan kamerunlu futbolçunun ayağında ağrılar olduğundan vacib oyunu buraxacaq.

Qeyd edək ki, U-21 millimizin heyətində zədələnən “Keşlə”nin gənc müdafiəçisi Cabir Əmirli də bu gün “Qarabağ”a qarşı oynamayacaq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
07.09.26  12:30

Evdə 100-cü qol

topaz banner