"Bu, mənim yox, "Çelsi"nin problemidir" - Konte

"Bu, mənim yox, "Çelsi"nin problemidir" - Konte
XƏBƏR 1 Aprel 2018 / 10:23 4118
-  A +

“Açığı, “Çelsi”dəki gələcəyimin necə olacağını bilmirəm. Bu, mənim yox, klubun problemidir”.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. Komandadakı gələcəyi ilə bağlı sualı cavablandıran italiyalı mütəxəssis hər şeyin nəticədən asılı olacağını bildirib:

“Siz də gözəl başa düşürsünüz ki, oyunçuların öz gələcəyini düşünməsi daha asan olur. Baş məşqçinin işi isə tamam fərqlidir. Bizim heç bir zəmanətimiz yoxdur. Müqavilə var, amma 1-2 oyundan sonra necə olacağını bilmirsən. Biz nəticədən asılı insanlarıq”.

Qeyd edək ki, “Çelsi” 30 oyundan sonra 56 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər