Salah Ronaldoya çatdı

Salah Ronaldoya çatdı
XƏBƏR 31 Mart 2018 / 19:44 5679
-  A +

“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqada bir mövsümdə vurduğu qol sayına görə Kriştiano Ronaldo və Robin van Persinin rekordunu təkrarlayıb.

Qol.az-ın xəbərinə görə, misirli hücumçu Premyer Liqanın 32-ci turunda bu gün “Kistal Pelas”la keçirilən görüşdə fərqlənməklə buna nail olub.

Komandasının qələbə qoluna imza atan futbolçu bu mövsüm Premyer Liqada vurduğu qollarının sayını 21-ə çatdırıb.

Qeyd edək ki, Ronaldo 2007-2008, Van Persi isə 2012-2013-cü il mövsümündə Premyer Liqada 21 qol vurmuşdu.

Son xəbərlər
topaz banner