“Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdir. Düzdür, bütün futbolçular kimi mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidir”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in hücumçusu Şadon Vinçester klubun saytına açıqlamasında deyib.
Bir müddətdir zədədən əziyyət çəkən Trinidad və Tobaqo millisinin üzvü artıq hər şeyin yaxşı olduğunu bildirib: “Zədə alarkən həkimlər vəziyyətin ciddi olduğunu bildirəndə təbii ki, məyus olmuşdum. İdmanda zədələr qaçılmazdır. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdır”.
Şadon oyunlara çıxmaq üçün darıxdığını da əlavə edib: “Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdur. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam amma unutmaq olmaz ki, futbol kollektiv oyundur. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludur”.
Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatıla bilməmişdi. Vinçester bu məsələyə belə münasibət bildirib: “İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdur. Elə Azərbaycanda top qovmağım da bu anlamdadır. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi
“Qarabağ”ın o boşluqlarından qollar vurduq” - Açıqlama+Video
Salahın qolu, "Trabzonspor"un qələbəsi - Video