Superliqada 27-ci tur start götürdü

Superliqada 27-ci tur start götürdü
XƏBƏR 31 Mart 2018 / 00:22 3021
-  A +

Türkiyə Superliqasında 27-ci tura start verilib.

Qol.az xəbər verir ki, turun açılış oyunu Sivasda keçirilib.

“Sivasspor”un “Kardemir Karabük”ü qəbul etdiyi matçın taleyini 1 qol həll edib. Bifoumanın 47-ci dəqiqədə vurduğu qol Sivas təmsilçisinə qələbə qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 41-ə çatdıran “Sivasspor” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Kardemir Karabük” isə 12 xalla sonuncudur.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günü keçiriləcək.

Son xəbərlər