60 milyonluq müdafiəçi “Barselona”nın hədəfində

60 milyonluq müdafiəçi “Barselona”nın hədəfində
XƏBƏR 31 Mart 2018 / 01:48 5505
-  A +

“Barselona” “Ayaks”ın müdafiəçisi Matteys de Liqti transfer etmək istəyir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu bir müddətdir 18 yaşlı futbolçunun çıxışını təqib edir.

“Ayaks” gənc müdafiəçiyə 60 milyon avro qiymət qoyub. Lakin De Liqt oyun praktikası baxımından çətinlik çəkməyəcəyi kluba transfer olmaq istəyir.

Maraqlıdır ki, 18 yaşlı oyunçu dünən Kataloniyada olub. “Barselona”nın və Hollandiya millisinin sabiq hücumçusu Patrik Kluyvert İnstaqramda şəkil paylaşıb ki, orada veteran futbolçunun özü, oğlanları Castin və Şeyn, eləcə də De Liqt yer alıb.

Son xəbərlər