Messinin adı “Sevilya” ilə oyunun iştirak ərizəsində

Messinin adı “Sevilya” ilə oyunun iştirak ərizəsində
XƏBƏR 31 Mart 2018 / 00:45 3434
-  A +

La Liqanın 30-cu turunda “Sevilya”ya qarşı keçiriləcək oyun üçün “Barselona”nın iştirak ərizəsi açıqlanıb.

Qol.az-ım klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, heyətə son vaxtlar zədədən əziyyət çəkən Lionel Messini də adı daxil edilib.

Argentinalı futbolçu millinin düşərgəsində zədələnib və bu səbəb də İtaliya və İspaniya ilə yoxlama görüşlərində meydana çıxmayıb.

Lakin Messi “Sevilya” ilə görüşdə meydana çıxa bilər. Onunla yanaşı, zədəsinin sağaldan Nelson Semedu və Denis Suaresin də adları protokola daxil edilib.

Son xəbərlər