"Aramızda söz-söhbət, dava-dalaş yoxdur" - Ruslan Əmircanov

"Aramızda söz-söhbət, dava-dalaş yoxdur" - Ruslan Əmircanov
ÖLKƏ FUTBOLU 30 Mart 2018 / 18:49 3590
-  A +

"Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Baş məşqçi ilə söhbətimiz olub. Mənə deyib ki, sənə inanıram, şans verəcəm".

Bu sözləri Qol.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Ruslan Əmircanov deyib. Qış fasiləsində komandaya cəlb olunan təcrübəli futbolçu hələ ki, yeni klubunda rəsmi debüt edə bilməyib.
 
Geridə qalan müddət ərzində yalnız Topaz Premyer Liqanın 20-ci turunun "Zirə" ilə oyununda (1:1) adı iştirak ərizəsinə salınan Əmircanov oynamamasının səbəblərini açıqlayıb:

"Baş məşqçi ilə aramızda söz-söhbət, dava-dalaş yoxdur. Hər şey yaxşıdır. Məni istəməsəydi, heç komandasına da götürməzdi. Sadəcə, deyir ki, öz şansını gözlə. Hiss edirəm ki, oynaya bilərəm, gücüm var. Bir dənə şans versin, özümü sübut edəcəm. Komandada futbolçu çoxdur deyə hamını meydana buraxa bilmir. Kim yaxşı formadadırsa, onlar da oynayırlar. Heç bir futbolçunun üstündən xətt çəkməyib ki, bunun kitabı bağlandı".

"Səbail" Premyer Liqanın 21-ci turunda səfərdə "Neftçi"nin qonağı olacaq. Əmircanov sabiq klubu ilə oyunun ağır keçəcəyini bildirib: "Neftçi"də xoş xatirələrim var. Bu komanda ilə 2 dəfə ölkə çempionu olmuşam. Düzdür, fasilədən əvvəl klubda bəzi söz-söhbətlər var idi. Amma qışdan sonra "Neftçi" xeyli artırıb. Yaxşı futbolçuları var. Deyərdim ki, səfərdə hər iki komandanı çətin oyun gözləyir. Matça ciddi hazırlaşmışıq. Yəqin ki, bizə lazım olan nəticəni qazanacağıq".

Daha çox


Son xəbərlər