"Atletiko" Dibala ilə razılığa gəlib?

"Atletiko" Dibala ilə razılığa gəlib?
XƏBƏR 30 Mart 2018 / 16:50 4437
-  A +

"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala karyerasını La Liqada davam etdirə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Atletiko" argentinalı futbolçu ilə razılıq əldə edib.

24 yaşlı oyunçunun yayda "Barselona"ya keçidi gündəmdə olan Antuan Qrizmannı əvəzləyəcəyi bildirilir. iddiaya görə, Madrid klubu bu keçidə görə italyanlara pulla yanaşı, Stefan Saviçi də verəcək.

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da çıxış edir.

Son xəbərlər