Ramosla İsko da “Las-Palmas”a qarşı oynamayacaq

Ramosla İsko da “Las-Palmas”a qarşı oynamayacaq
XƏBƏR 30 Mart 2018 / 16:25 2660
-  A +

“Real”ın futbolçuları Serxio Ramos və İsko İspaniya La Liqasının 30-cu turunda “Las-Palmas”la keçiriləcək oyunu buraxacaq.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi Zinəddin Zidan onları zədədən qorumaq üçün belə qərar verib.

Çempionlar Liqasının 1/4 finalında "Yuventus"la oyun öncəsi bu futbolçulara istirahət verilib.

Qeyd edək ki, eyni səbəbdən “Real”ın hücumçusu Kriştiano Ronaldo da sabahkı görüşdə oynamayacaq.

Son xəbərlər