Millidə zədələndi – “Qarabağ”a qarşı oynamayacaq

Millidə zədələndi –  “Qarabağ”a qarşı oynamayacaq
XƏBƏR 30 Mart 2018 / 15:25 3192
-  A +

Topaz Premyer Liqanın 21-ci turunda “Qarabağ”la qarşılaşacaq “Keşlə”nin heyətində itki var.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın müdafiəçisi Cabir Əmirli zədə səbəbindən Ağdam klubu ilə oyunu buraxacaq.

Gənc futbolçu U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirilən oyunda dizindən zədə alıb.

Qeyd edək ki, “Qarabağ” – “Keşlə” oyunu aprelin 1-də keçiriləcək.

Son xəbərlər