"Hapoel"in (Hayfa) müdafiəçisi Nisso Kapiloto "Qarabağ"da çıxış edə bilər.
Qol.az-ın məlumatına görə, bu barədə İsrail mətbuatı xəbər yayıb. Bildirilib ki, Ağdam klubu 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Hətta klub nümayəndələrinin İsrailə gedərək, Kapilotonun oyununu izləmək istədikləri qeyd olunub. Əgər transfer baş tutsa, "Qarabağ" buna görə İsrail klubuna pul ödəməyəcək. Çünki futbolçunun "Hapoel"lə müqaviləsi yayda başa çatacaq və o, yeni komandasına azad agent kimi keçəcək.
İsrail mətbuatında çıxan xəbərlə bağlı "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. N. İbrahimov saytımıza açıqlamasında məlumatı təkzib edib: "Düzdür, bizim skautlarımız il ərzində bəzi futbolçuları izləyirlər. Amma Nisso Kapilotonun adını ilk dəfə sizdən eşidirəm".
Qeyd edək ki, Tel-Əviv "Makkabi"sinin yetirməsi olan Kapiloto vətənində "Aşdod", "Hapoel" (Akko), "Beytar" klublarının formasını geyinib. Karyerası ərzində legioner həyatı da yaşayan müdafiəçi Kiprin "Alki" və İsveçrənin "Sent-Qallen" klublarında çıxış edib. Kapiloto İsrailin aşağı yaş qrupları üzrə bütün yığmalarında oynasa da, əsas milliyə çağırılmayıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”
Azərbaycan millisi Moldovaya məğlub oldu
1-ci liqada hakim təyinatları açıqlandı
Salah “Trabzonspor”da rekorda imza atdı
Mbappe: “Bəlkə də “Qızıl top” üçün mənim uğurlu ilimdir”
“Barselona”nın sabiq futbolçusu karyerasını başa vurdu
Mourinyo: “Pley-offa adlayacağıq”
"Millidə də qol vurmaqda özümə güvənirəm" - Vüsal İsgəndərli
Hakim Ziyeşin yeni klubu məlum oldu
"Fiorentina" baş məşqçisini istefaya göndərdi
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Ulduz futbolçu "Əl-İttifaq"ı "Əl-İttihad"a dəyişdi
Evdə 100-cü qol
Esposito ilə yeni müqavilə imzalandı
“Qarabağ”dan 2 yeni xəbər - Biri şad, o biri məyusedici
Qismət Alıyev “250”yə çatdı
Son 21 mövsümdə ilk dəfə
Mehman Hacıyev vəfat etdi