"Milliyə qayıdışım barədə Qurban Qurbanovla rahat danışmamışıq. Telefonla danışığımız olub. Onun dediklərini internetdən oxumuşam".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "CBC Sport"da yayımlanan "Üçüncü hissə" verilişində Azərbaycan millisinə qayıtma variantına münasibət bildirərkən deyib.
Təcrübəli müdafiəçi artıq milli ilə bağlı qərarını verdiyini xətırladıb: "Qurban müəllim milliyə baş məşqçi təyin olunanda aramızda qayıtmağımla bağlı söhbət oldu. O, mənə bunu təklif etdi. Dedi ki, istəyirəm milliyə qayıdasan. Hansısa qarşılaşmada oynaya bilərsən, hansındasa yox, ancaq istəyirəm ki, milinin içində olasan. Cavab verdim ki, dəvətinizə görə çox sağ olun, ancaq qərarımı vermişəm, milli karyeramı başa vurmuşam. Sözün düzü, qısa, 10 dəqiqəlik söhbət oldu. Qurbanov mənə dedi ki, necə məsləhətdir, elə də elə.
Qurban müəllim açıqlamasında "Lazım gələrsə" ifadəsini də işlədib. Özüm də əvvəllər demişəm ki, Allah göstərməsin, birdən yığmada zədə və cəza üzündən stopper olmasa, özüm isə formada olsam, yığmada oynamağa hazıram. "Lazım gələrsə" sözünü mən də işlətmişəm. Yəni, hara lazımamsa, orada olacağam. Həm oyunçu, həm də insan, dost kimi harada lazımamsa, orada o insanın yanındayam. Həmçinin də bu məsələdə.
Bu gün belə bir mövzu yoxdu ki, qayıdım. Neçə oyundu baxıram, mərkəz müdafiəçilərimiz normal çıxış edirlər. Üstəlik, Bədavi Hüseynovun bərpa prosesi gedir. O da sağalandan sonra tam hər şey qaydasına düşəcək. Qurban Qurbanovun əlində yetərincə seçim imkanı olacaq. Heç bu söhbətə də ehtiyac olmayacaq".
Futbolçu karyerası ilə bağlı danışan R.Sadıqov hələ bir il də oynamaq fikrində olduğunu bildirib: "Hələ qərar verməmişəm ki, nə vaxt yaşıl meydanda çıxışımı başa vuracam. Zədə problemi olmasa, daha bir il də oynamağı düşünürəm. Məni futbolçu karyeramı davam etdirməyə sövq edən futbol oynamağa olan sevgimdir. Bunun "Qarabağ"la yaxşı maddi şərtlər qarşılığında müqaviləmin olmasıyla bağlı fikir söyləyənlərə demək istəyirəm. Onlar bilirlərmi mənə məşqçiliklə bağlı necə təkliflər gəlib? Bunu deyənlər iki səbəbdən belə fikir söyləyə bilərlər: ya məni sevmirlər, ya da məni tanımırlar. Məni tanıyan belə şey deyə bilməz. Məni tanımayan, sevməyən belə fikir söyləyə bilər".
Avro-2024 üçün heyəti açıqladılar
"Çelsi" Poçettino ilə yolları ayırdı
2-ci liqanın bombardiri təltif edildi
AFFA-nın danışıq apardığı mütəxəssis Almaniya klubunda
Ramos və Ronaldodan Kroosun qərarına reaksiya
Dibala Amerika kubokuna aparılmır
Sterlinq Avro-2024-dən kənarda qalacaq
2-ci liqada mövsümə yekun vuruldu
Minifutbol üzrə dünya çempionatı Bakıda keçiriləcək
Avro-2024: İngiltərə millisinin də heyəti açıqlandı
Portuqaliya millisinin Avro-2024 üçün heyəti - Ronaldo...
"Bavariya" Kompani ilə danışıqlara başladı
Kroos karyerasını başa vurur - Rəsmi
Daha bir komandanın Avro-2024 üçün heyəti açıqlandı
Avro-2024-ün bombardirinə bu mükafat veriləcək - Şəkillər
Azərbaycan millisinin oyunlarına hakim təyinatları açıqlandı
Benzema qərarını verdi
Bir oyunda 56 penalti vuruldu
Bu gün 9 güləşçimiz Avropa çempionatında mübarizə aparacaq
Klopp vida gecəsində rəqs etdi - Video
"Barselona" Xavini niyə istefaya göndərmək istəyir?
Mbappe vida yeməyi təşkil etdi - Makron da getdi
"Bavariya" Tuhelə nə qədər təzminat ödəyəcək?
"Dinamo" 3 xalı 5 qolla qazandı - Video
Rəşad Nəbiyev Hidayət Heydərovu təbrik edib
Musasız “Yurqorden”dən növbəti qələbə
“Yuventus”dan geridönüş
"Cəbrayıl" "Füzuli"ni belə məğlub etdi - Video
Azərbaycan millisi Sloveniyaya yollanıb
Rahil Məmmədov 90 dəqiqə oynadı
Cəlal Hüseynovun komandasından heç-heçə
Azərbaycan millisinin üzvü: "Hədəfimiz böyükdür"
Hidayət belə dünya çempionu oldu - Video
"Liverpul"un yeni baş məşqçisi rəsmiləşdi
Hidayət Heydərov dünya çempionu oldu - Yenilənib
Əvəzedicilər Liqasında çempion oldular
Qusar" - "Lerik" oyununda 6 qol - Video
Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı bilindi
Bundesliqada mövsümün ən yaxşısı müəyyənləşdi