"Keşlə"nin müdafiəçisi Məqsəd İsayev Qol.az-a müsahibə verib. Komandasının fasilədən sonrakı qeyri-stabil çıxışının səbəblərini açıqlayan futbolçu millimizin yoldaşlıq oyunları barədə də fikirlərini bildirib.
- Milli komandaların oyunları ilə bağlı çempionatda 2 həftəlik fasilə yarandı. Bundan necə istifadə etdiniz?
- Deyərdim ki, hazırlıqlarımız çox səmərəli keçdi. Komandada hər şey yaxşı, istədiyimiz kimidir. Əhval-ruhiyyə yerindədir.
- "Keşlə" qış fasiləsindən sonra qeyri-stabil çıxış edir. Bunun səbəbini nədə görürsən?
- Pis oynadığımızı deyə bilmərəm. Çünki məğlub olduğumuz oyunlarda da yaxşı təsir bağışlamışıq. Bəzən oyunumuz alınmır, bəzən də bəxtimiz gətirmir. Bəzi matçlarda isə öz səhvlərimizdən qollar buraxıb xal itirmişik.
- Qış fasiləsində komandaya bir neçə yeni futbolçu qoşulsa da, onların bəzilərini ümumiyyətlə, meydanda görmürük. Bəziləri isə çox az oynayırlar...
- Yeni oyunçular komandaya tam uyğunlaşmayıblar. Bəlkə də baş məşqçi elə buna görə onları meydana buraxmır. Həmin futbolçulara vaxt vermək lazımdır. Düşünürəm ki, gələn mövsümdan daha yaxşı vəziyyətdə olacaqlar. Hər şey özlərindən asılıdır.
- Topaz Premyer Liqanın 21-ci turunda səfərdə "Qarabağ"ın qonağı olacaqsınız. Liderlə oyundan nə gözləyirsən?
- "Qarabağ" ölkənin ən güclü klublarından biridir. Amma onlarla oyuna uduzmaq üçün çıxmayacağıq. Məqsədimiz ən azı 1 xal götürməkdir. "Qarabağ"la görüşdə heç-heçə də bizim üçün yaxşı nəticədir.
- Yəqin ki, milli komandanın Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarını izlədin. Bu barədə nə deyə bilərsən?
- Bəli, hər iki oyuna baxdım. Milli komandamız pis təsir bağışlamadı. Normal oyun göstərdilər. İnanıram ki, vaxt keçdikcə daha da yaxşı səviyyəyə çatacaqlar.
- Qurban Qurbanov bu toplanışa bir neçə yeni futbolçu dəvət etmişdi. Sən necə, özünü milli komandada görürsənmi?
- Hər şey özümdən asılıdır. Yaxşı oynayıb, baş məşqçinin diqqətini çəkə bilsəm. əlbəttə, milliyə düşə bilərəm. Bunun üçün öz üzərimdə çox işləməli, meydanda əlimdən gələni etməliyəm.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi