Azərbaycan və Makedoniya komandaları arasında dünən keçirilən yoxlama matçında (1:1) ilk dəfə olaraq qısa adı VAR olan (video assistant referee – video köməkçi hakim) texnoloji sistemindən istifadə edildi.
Bu sistemin tətbiqi bizim millinin əleyhinə işlədi, amma qərar haqlı idi. Matçın 21-ci dəqiqəsində görüşün baş hakimi Halis Özkahya millimizin qapısına cərimə zərbəsi təyin etsə də, VAR hakimləri Cüneyt Çakır və Hüseyin Göçek epizodun təkrarını izlədikdən sonra qayda pozuntusunun cərimə meydançası kənarında yox, daxilində olduğunu bildirdilər. Bundan sonra baş hakim əvvəlki qərarını dəyişərək millimizin qapısına penalti təyin etdi. Rəqibsə penaltini dəqiq yerinə yetirdi və hesab bərabərləşdirdi – 1:1.
Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun VAR-a ilkin münasibəti müsbət saymaq olar. Onun matçdan sonra dediklərindən belə başa düşmək olar ki, 45 yaşlı mütəxəssis videotəkrar sistemini dəstəkləyir:
- VAR-a münasibətim normaldır. Penalti bizim əleyhimizə olsa da, qərar ədalətli oldu. VAR olmasaydı, bəlkə də onların (Makedoniyanın – red.) haqqına girəcəkdik.
Qeyd etmək yerinə düşər ki, hələlik pilot layihə kimi həyata keçirilən, Konfederasiyalar Kuboku, digər başqa beynəlxalq səviyyəli oyunlarda tətbiq edilən və qarşıdakı DÇ-2018-də də tətbiq ediləcəyi gözlənilən VAR-la bağlı yekun qərarı beynəlxalq futbol qurumları 2019-cu ildə qəbul edəcəklər. Hələlik VAR-a beynəlxalq səviyyədə münasibət, əsasən müsbət yöndədi. Çünki baş və yan xətt hakimlərinin buraxdığı ciddi səhvləri məhz VAR vasitəsi ilə düzəltmək mümkündür. Amma bu sistemin əleyhinə olanlar da az deyil. Elə bizim futbol rəhbərləri arasında da bu məsələdə fikirlər haçalanır. Necə deyərlər, VAR-ın varlığını istəyənlər də var, istəməyənlər də.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ilk gündən VAR-ə qarşıdı. Bir müddət əvvəl verdiyi müsahibədə bildirmişdi ki, şəxsən o, videotəkrarın əleyhinədir
- Çünki VAR çox vaxt aparacaq, hərc-mərclik yaradacaq. Güləşdə etiraz döşəkcəsini ortaya atırlar ki, videotəkrara bir də baxılsın. Vaxt söhbəti də var. Mən bunun əleyhinəyəm.
Amma AFFA-nın baş katibi Elxan Məmmədov Ramin Musayev kimi düşünmür. Ümumiyyətlə, Azərbaycanda VAR-ın tətbiq edilməsini ilk gündən dəstəkləyən şəxslərdən biri E.Məmmədov olub. O, hələ ötən ilin yayinda yazdığı yazıda bizim Hakimlər Komitəsinə də səhvlərin statistikasını və videotəkrar sistemini öyrənməyi tövsiyə etmişdi:
- Testlərin nəticəsi növbəti il təhlil olunmalıdır. Yekun qərar 2019-cu ildə qəbul olunacaq. Hakimlərimiz hazır olmalıdır. Əminəm ki, Azərbaycan futbol ictimaiyyətində təbii olaraq belə bir sual ortaya çıxacaq ki, niyə Premyer Liqamızda VAR sistemi test olaraq tətbiq edilməsin?!
Bu sistemin tətbiqi üçün əlavə maliyyə mənbəyinə və mütəxəssislərə ehtiyac var.
Açığı, bu sistemə mən də skeptik münasibət bəsləyirdim. Lakin Konfederasiyalar Kubokundan sonra testin davam etdirilməsinə rasional yanaşıram. Konfederasiyalar Kuboku onu göstərdi ki, videotəkrar sisteminin tətbiqi ilə də futbol öz dramatikliyini və emosionallığını qoruyub saxladı və əlbəttə, bu sistem sayəsində daha da şəffaf olacaq.
Videotəkrarlar proqramının rəhbəri Devid Ellereyin bir sitatını xatırlatmaq istərdim: “Əsas məqsədimiz budur ki, futbolda daha Anrinin əllə qoluna və “Tanrının əli”nə rast gəlməyək”. Bu sıraya “Qarabağ”ın Milan “İnter”inə vurduğu qolu da əlavə edərdim...”
Amma belə görünür ki, AFFA-nın baş katibi bu ideyanı dəstəkləsə də, Hakimlər Komitəsi (HK) də VAR-a birmanalı dəstək vermir. Yəni hardasa, PFL prezidenti ilə HK sədri Xaqani Məmmədovun bu məsələdə mövqeyi üst-üstə düşür. Bir müddət əvvəl “Neftçi”nin bu məsələ ilə bağlı istəyinə cavab olaraq X.Məmmədov demişdi:
- Videotəkrar sisteminin təşkili deyildiyi qədər asan məsələ deyil. Bunun üçün böyük vəsait tələb olunur. Vidotəkrar sistemi milyonlara başa gələn bir işdir. “Neftçi” bunu edə bilsə, onlara “əhsən” söyləyərik. Biz buna razıyıq, qoy olsun. Bu sistem hələ test edilir. Hələ İngiltərə kimi ölkə buna hazır deyil. Telekanalın göstərdiyi görüntülərə əsasən qərar vermək olmaz. Çünki canlı yayım vaxtı həmin anda epizodun təkrarı efirə verilmir. Bu iş başqa cür təşkil edilir. Bu, sadə məsələ deyil. Hər yerindən duran danışır. Bunlar vaxt, avadanlıq, əlavə mütəxəssislər tələb edir və böyük vəsait lazımdır.
Amma futbol idarəçilərindən və HK sədrindən fərqli olaraq, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov VAR-ın tətbiqini dəstəkləyir. O deyir ki, hakimin bir kobud səhvi klubun, futbolçuların uzun müddət çəkdiyi əziyyəti bir andaca heçə endirir:
- “Qarabağ”ın Bakıda İtaliya “İnter”i ilə oyununu yadınıza salın. Həmin vaxt hakimin son saniyələrdəki səhvi – təmiz qolumuzu qeydə almamağı bizi qrupdan çıxmaqdan məhrum etdi. Videotəkrar olsaydı, əminəm ki, biz haqq etdiyimiz qələbəni əldə edəcəkdik. VAR sistemini dəstəkləyirəm.
Azərbaycan Premyer Liqası və kubok oyunlarında ciddi hakim səhvlərinin az olmadığını nəzərə alsaq, VAR-a bizik futbolda da ehtiyac olduğunu söyləyə bilərik. Amma hələlik bu sistem tətbiq edilmir, tətbiq ediləcəyi ilə bağlı da ciddi müzakirə aparılması haqda məlumat yoxdu. Bu da ilk növbədə onu sübut edir ki, bizdə futbolu idarə edənlər arasında VAR-ın lehinə və əleyhinə olanlar az deyil.
Qol.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi