Millimizin üzvü Ruslan Qurbanov Makedoniyaya ilə yoxlama oyunu öncəsi Qol.az-a müsahibə verib. O, həm bugünkü matçdan danışıb, həm də Elvin Yunuszadənin yığmadan kənarlaşdırılmasına münasibət bildirib.
- Milli komandada əhval-ruhiyyə necədir?
- Hazırda düşərgədə əla atmosfer var. Makedoniya ilə oyuna ciddi hazırlaşmışıq. Yaxşı nəticə qazanmaq istəyirik.
- Belarusa Bakıdakı məğlubiyyətdən sonra psixoloji gərginlik tam aradan qalxıb?
- Belarusa uduzduğumuza görə əhvalımız pozulmuşdu. Amma indi psixoloji cəhətdən hər şey qaydasındadır. Oyunu yaxşı analiz etdik. Baş məşqçi səhvlərimizi bizə göstərdi. Bu gün Qurban müəllimin bizdən tələb etdiyi oyunu meydanda göstərə bilsək, istədiyimiz nəticəni qazanacağıq.
- Həmin oyundan sonra Qurban Qurbanov futbolçulara nə dedi, vəziyyəti necə düzəltdi?
- Bizə səhvlərimizi göstərdi və epizodlarda diqqətli olmağı tapşırdı. Artıq Belarusa məğlubiyyəti unutmalı və bugünkü qarşılaşmada baş məşqçinin dediklərini icra etməliyik.
- Budəfəki toplanışa yeni futbolçular da çağırılıb. Bakıdakı oyunda adaptasiya ilə bağlı müəyyən çətinliklər yaşandı. Hazırda vəziyyət necədir, uyğunlaşa bilirlər?
- Bizə vaxt lazımdır. Millidə olanların hamısı bir-birini yaxşı tanıyır. Artıq komandaya uyğunlaşıblar. Sadəcə, meydanda sonadək mübarizə aparmaq lazımdır. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni etməliyik.
- Makedoniya millisi Belarusdan daha ciddi rəqibdir. Yəqin razılaşarsan ki, bu dəfə işiniz daha çətin olacaq...
- Sözsüz ki, Makedoniya güclü komandadır. Son 6 oyunda uduzmayıblar. Futbolçuları səviyyəli çempionatlarda çıxış edir. Ağır oyun olacaq. Ümumiyyətlə, indi asan rəqib yoxdur. Bütün komandalar oynaya bilirlər.
- Elvin Yunuszadənin millinin heyətindən kənarlaşdırılması komandaya necə təsir etdi?
- Elvinin yoxluğu hiss olunur. Komanda yoldaşımız yığmadan kənarlaşdırıldığı üçün pis oluruq. Amma bu, baş məşqçinin qərarıdır və biz ona hörmətlə yanaşırıq. Elvin yaxşı futbolçu və yaxşı insandır. Düşünürəm ki, öz səhvini başa düşəcək və bundan nəticə çıxaracaq. Bir daha belə hərəkətə yol verməyəcək.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi