"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Keşlə" ilə qolsuz heç-heçə etdikləri yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycan millisinin Belarusla yoldaşlıq görüşünü canlı izlədiniz?
- Xeyr. Evdə baxdım. Bu oyun mənim üçün də maraq doğururdu. Ən azı ona görə ki, heyətdə "Qəbələ"nin də futbolçuları var idi.
- Oyun barədə fikirləriniz necədir?
- Bilirsiniz, mən nəticəyə əhəmiyyət verməzdim. Aydındır ki, bu, məşq xarakterli oyun idi. İşləmək və oyunçuların müxtəlif xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır. Yığmaya bir çox yeni futbolçu da cəlb olunub. Fikrimcə, proses gedir. Şübhə etmirəm ki, Azərbaycan millisi ciddi inkişaf edəcək.
- Gördükləriniz hər hansı oyun sisteminin oturuşduğunu göstərir, yoxsa hələ işin başlanğıcı olduğunu düşünürsünüz?
- Bu məsələni şərh, analiz etmək istəməzdim. Çünki prinsipcə, mən etməli deyiləm. Sadəcə, onu deyə bilərəm ki, oyun üslubunun oturuşacağına və məşqçilər heyətinin komandanı tanınan vəziyyətə gətirəcəyinə şübhə etmirəm.
- Bəs "Keşlə" ilə oyun barədə nə deyə bilərsiniz?
- Bu gün futbolçuların qarşısına qoyulan əsas məqsəd o idi ki, hər biri çox güclü məşq etsin. Çünki biz rəsmi oyuna yaxın tarixdə yoldaşlıq görüşü keçirmək imkanı əldə etmişdik. Bundan yararlanmağa çalışdıq. Futbolçular yaxşı məşq etdilər. Necə oynadığımızı, çıxışımızın məzmununu xüsusi analiz etməyə lüzum yoxdur. Çünki prinsipcə, hər şey gözlənilən idi. Ən əsası budur ki, oyun xeyrimizə oldu.
- Hansı mənfi məqamları qeyd edərdiniz?
- Açığı, mənfi məqamlar da var. Bunu konkret hansısa futbolçu barədə deməyəcəyəm. İstərdim ki, futbolçular onlara verdiyimiz göstərişləri tez yerinə yetirsinlər. Səhvlərin 2-3 dəfə təkrarlanması arzuolunmazdır.
- Qış fasiləsindən sonra Filip Ozobiçin lazımi formada olmadığı fikri ilə razılaşarsınız. Ona çoxmu vaxt lazımdır?
- Mən ona inanıram. Necə işlədiyini, çalışdığını görürəm.
- "Sumqayıt"la Topaz Premyer Liqasının 21-ci turunda keçirəcəyiniz ev oyunundan nə gözləyirsiniz?
- Nə gözləyə bilərik? Bütün oyunlardakı kimi, meydana qələbə ümidi ilə çıxacağıq. Bundan ötrü nə lazımdırsa, edəcəyik. Bizim üçün çətin və daha asan oyun anlayışları yoxdur. Hər bir oyun çətindir. Xalları asanlıqla qazanmırıq. Ciddi və yaxşı mübarizəyə köklənirik. Qələbə qazanmaqdan ötrü yaxşı formada olmaq lazımdır.
- "Sumqayıt"ın baş məşqçisi Samir Abasov ikinci yeri hədəflədiklərini bildirib. Bu pilləni də əldən verməkdən ehtiyatlanmırsınız?
- Düşünmürəm ki, 2-ci yeri tutmaq təkcə "Sumqayıt"ın hədəfidir. Bu pilləni tutmaq istəyən bir sıra komandalar da var. O cümlədən, biz də ikinci yeri tutmaq istəyirik. Ədalətli mübarizənin yekununda gümüş medalın taleyini həll etməliyik (report.az).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi