"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyundan razı qaldınızmı? Yoldaşlıq oyunu olsa da, bəzi futbolçuları sınaqdan keçirmək şansınız oldu...
- Futbolçuları sınadıq. Çoxdan oynamayan və oyun praktikasından əziyyət çəkən futbolçuları oynatmaq istəyirdik. Onların durumun görmək istəyirdik. Bəzilərinin vəziyyəti ürəkaçan deyil. Qarşıdakı çətin oyunları fikirləşirəm. Çox əziyyət çəkəcəyik. Futbolçular zədələnməsin, qırmızı vərəqə almasın. Əsas istəyimiz budur. Bəzi futbolçuların bu oyundakı çıxışı məni qane etmədi.
- Sizi narahat edən məqamlar nədir?
- Komandanın oyunu məni narahat edir. Əvəzedicidən cəlb olunanları başa düşmək olar. Onlar birinci dəfə belə rəqibə qarşı oynadılar. Amma əsas komandanın bəzi üzvləri zədədən qayıdıb. Çoxdandır oynamırlar. Uyğunlaşma dövrünü keçiblər. Çox müddətdir ki, komanda ilə birlikdə çalışırlar. Onarın oyunu kollektivin oyunundan arxa planda qaldı.
- Bu gün heyətdə Xəyal Nəcəfovu da gördük. O futbolçu ilə bağlı açıqlama vermişdiniz. Onun durumu necə olacaq?
- Müəyyən məsələlər var. Bunu indi açıqlamaq istəmirəm. Komandada olan təcrübəli futbolçular, kapitan və digər üzvlər Xəyal üçün xahiş etdilər. Komandaya qayıtmağını istədilər. O barədə açıqlama versəm, futbolçunu pis vəziyyətdə qoya bilərəm. Bəzi məsələlər var ki, məni də yumşaltdı.
- Bu məsələyə biraz aydınlıq gətirə bilərsiniz?
- Bu qlobal problemdir. Əsas odur ki, bütün komanda kollektiv şəkildə gəldi, xahiş elədi. Bu dəfə də onu bağışlamağımızı istədilər. Məndən yaşda böyük olan futbolçuların sözün yerə salmaq istəmədim. Amma onlara bildirdim ki, Xəyalın özünü aparmağında və nizam-intizamında kollektivdən geridə qalsa, onu xahiş eləmiş futbolçular da Xəyala qoşulub gedəcəklər. Bu ona son xəbardarlığımdır. Yəqin, bunu o da başa düşür.
- Millinin oyununda "Sumqayıt”ın futbolçuları necə çıxış etdi?
- "Sumqayıt”ın yetirmələri ən yaxşılardandır. Tural Axundov və Cavid İmamverdiyevin oyunu xoşuma gəldi.
- Amilin fasilədə əvəzlənməsi sizdə ruh düşkünlüyü yaratmadı? Çünki Amilin millidə oynamasını çox adam istəyirdi.
- Məndə ruh düşkünlüyü yoxdur. Sadəcə Amilin o səviyyədə birinci oyunu idi. Bu da başa düşüləndir. O həddindən artıq çox çalışırdı. Cavid İmamverdiyev üçün belə oyunlar adi hal olduğuna görə, o da yaxşı oynadı. Tural isə bizi yaxşı mənada təəccübləndirdi (sportnet.az).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi