21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq baş məşqçisi, hazırda isə “Kəpəz”də Yunis Hüseynovun köməkçisi vəzifəsində çalışan Yaşar Vahabzadə Qol.az-a müsahibə verib. Son vaxtlar Gəncə klubu ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirən təcrübəli mütəxəssis U-21 millimizin bu gün AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovo ilə səfərdə keçirəcəyi oyuna da toxunub.
- İlk sualım “Kəpəz”lə bağlı olacaq. Komandada vəziyyət necədir?
- Fasilədir, komandaya istirahət vermişdik. Bu gün yenidən məşqlərə başlayacağıq. Hər şey normaldır. Əhval-ruhiyyə yüksək səviyyədədir.
- Bir neçə gündür komandada maliyyə probleminin olması, futbolçuların 2-3 aydır maaş almamaları ilə bağlı xəbərlər dolaşır...
- Hələ ki, bayramdır. Bir neçə gündən sonra maaşlar ödəniləcək. Düzdür, mətbuatda bununla bağlı müəyyən xəbərlər yazıldı. Deyərdim ki, ciddi bir problem yoxdur. Hər şey qaydasındadır. Rəhbərlik bu yaxınlarda komanda ilə görüşüb. Yaxın günlərdə bütün məsələlər öz həllini tapacaq.
- Vaxtı ilə sizin çalışdırdığınız U-21 millimiz bu gün Rəşad Sadıqovun başçılığı altında AÇ-2019-un seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq. Həmin oyundan nə gözləyirsiniz?
- Bütün qəlbimlə başda Rəşad Sadıqov olmaqla, bütün komandaya uğurlar arzu edirəm. Rəşad futbolçu kimi bir çox beynəlxalq oyunlarda iştirak edib. Elə məşqçi kimi də təcrübəsi az deyil. Millinin sükanı arxasında isə ilk beynəlxalq matçıdır. Ümid edirəm ki, səfərdən uğurlu nəticə ilə dönəcəklər. Heyətə baxıram, normal futbolçulardır. Mahir Mədətovla Ramil Şeydayevin U-21-də olması üstünlükdür. Bu, digər futbolçulara da müsbət təsir edəcək.
- U-21 yığmamızın üzvü Renat Dadaşov komanda yoldaşını döydüyünə görə çıxış etdiyi Almaniyanın “Ayntraxt” klubundan qovulub. Bu məsələyə də münasibətinizi bilmək maraqlı olardı...
- Renatla heç vaxt işbirliyimiz olmayıb. Ona görə də onun nizam-intizamlı futbolçu olub-olmadığını bilmirəm. Mən də son hadisələri mətbuatdan oxumuşam. Deməli, nəsə var ki, yazırlar. Od olmayan yerdən tüstü çıxmaz. Millinin üzvüdürsə, gərək, həm meydanda, həm də kənarda hərəkətlərinə fikir versin.
- Rəşad Sadıqov gənc olsa da, nizam-intizama xüsusi önəm verən məşqçidir. Bu hadisədən sonra Renatın U-21 yığmasına yolunun bağlandığını düşünmək olarmı?
- Qəti fikir bildirə bilmərəm. Futboldur, hərşey ola bilər. Rəşad həm futbolçu, həm də məşqçi kimi nizam-intizamı sevən şəxsdir. O da istəyər ki, komandada intizamlı futbolçular çıxış etsin. Amma yenə deyirəm, hər şey ola bilər. Futbolçu öz xasiyyətini, işinə yanaşmasını dəyişə bilər. Bundan sonra onun yenidən milliyə dəvət olunması məsələsinə baxmaq olar.
Elnur SALAHOV
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi