"Rəqibin Azərbaycan və ya Fransa olması önəmli deyil"

"Rəqibin Azərbaycan və ya Fransa olması önəmli deyil"
ÖLKƏ FUTBOLU 20 Mart 2018 / 11:43 3068
-  A +

"Azərbaycan və Sloveniya yığmaları barədə hələlik heç nə bilmirəm. Bir gündür yığışmışıq. Rəqiblər haqda hələ ki danışmamışıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Belarus millisinin futbolçusu İvan Mayevski "Pressbol"a müsahibəsində deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, millidə bütün rəqiblərə qarşı oynamaq onun üçün maraqlıdır: "Mənim üçün rəqibin Sloveniya, Azərbaycan, Lüksemburq və ya Fransa olması vacib deyil. Yığmada oynayırsansa, istənilən matç maraqlıdır".

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü martın 23-ü saat 20:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
03.07.26  11:21

Ronaldodan daha bir ilk

topaz banner