AFFA Klublar Komitəsinin bu gün keçirilən iclasında yeni sədr seçilən Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb.
- Öncə iclasda müzakirə olunan məsələlər haqda məlumat verərdiniz...
- Düzü, uzun müddət idi yığışmadığımızdan müzakirə olunması məsələ çox idi. Bəzi milliləşdirilmiş futbolçuların miqrasiya məsələsi vardı. Əvəzedici komandaların I Divizionda iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı. Müəyyən hesabatlar dinlədik.
- Əvəzedici komandaların I divizionda iştirakı ilə məsələdə klubların mövqeyi necədi?
- Hər kəs bu təklifi müsbət qarşıladı. Amma suallar çoxdu. Bu məsələ fərdi qaydada baş məşqçilərlə müzakirə olunmalıdı. Ona görə ki, əvəzedicilər daim əsas komandanın yanında olur. Bu üzdən aş məşqçilərin fikirləri çox önəmlidi. Bu məsələ 1-2 görüşə həll olunmaya bilər. Ancaq dünya praktikasında belə hallar var. Məsələn, Rusiyada, Portuqaliyada, İspaniyada bundan istifadə edilir.
- Gündəlikdə duran məsələlərdən biri də video təkrar texnologiyası sistemi idi. Klublar buna nə dərəcədə hazırdı? Bu sitem ən yaxşı halda nə vaxtdan tətbiq oluna bilər?
- Bizə bu sistem haqda qısaca məlumat verildi. Bunun xərcləri, infrastruktur şərtləri var. Hər hansı klubun vəsaiti ola bilər. Amma təkcə bununla iş bitmir. Stadiondakı şərait buna cavab verirmi? Bildiyimə görə, stadiona 10-dan çox kamera quraşdırılmalıdı. Bizdə isə əksər stadionda hətta 5-6 kamera quraşdırmaq mümkün olmur. Buna görə hələ tezdi. Yaxşı, bir çox suallara cavab tapacaq sistemdi. Ancaq ilk növbədə infrastruktur və maliyyə baxımından daha çox məlumat toplamalıyıq. Hazırkı vəziyyətdə bunun tətbiqi çətin görünür.
- Əvvəllər yeni sədr seçilərkən səsvermədə jurnalistlər də iştirak edirdilər. Bu dəfə nə üçün qapalı oldu?
- Bizdə həmişə zərfə adlar yazılıb və elan olunur. Ola bilər ki, texniki nasazlıq olub. Əvvəlcə demişdim ki, namizədliyimi irəli sürmək istəmirəm. Çünki bir il bu quruma sədr olmuşdum. Lakin həmkarlarım gizli səsvermə nəticəsində namizədliyimi təklif ediblər. Hazırda “Neftçi”də olmağım da buna səbəb ola bilər. Çünki məlum olduğu kimi,son sədr də bu klubun rəhbəri idi.
- Siz kimi seçmişdiniz?
- Bunu açıqlaya bilmərəm. Ancaq başqa klubun nümayəndəsi idi.
- “Neftçi Premyer Liqanın son turunda “Qarabağ”la dünən heç-heçə etdi. Nəticə sizi qane etdi?
- Narazı olduğumu fa deyə bilmərəm. Oyun bərabər səviyyədə keçdi, çox qol vəziyyətimiz oldu. “Qarabağ”ın qapısı qarşısında 3-4 qol vəziyəti yaradan komanda varsa, deməli, onun oyunu yaxşı alınır. “Qarabağ”a layiqli rəqib olduq, hətta qalib gələ də bilərdik. Sevindirici haldı ki, komanda oyundan-oyuna “artırır”.
- “Neftçi” hazırda optimal formadadır. Yığmanın təlim-məşq toplanışı ilə bağlı yaranacaq uzunmüddətli fasilə komandaya necə təsir göstərəcək?
- 6 futbolçumuz əsas milliyə dəvət edilib. Bu, bizim və futbolçularımız üçün stimuldur. Əvvələr bəzi futbolçular dəvət almırdı və ya müvəqqəti olaraq kənarda qalmışdı. 6 nəfərin birdən-birə milliyə getməsi xoş oldu. Milliyə ən çox “Neftçi” futbolçu göndərib. Bu, yaxşı hal oldu. Qarşıda Millətlər Liqası, Avro-2020-nin seçmə mərhələ yarışları var. Hər kəs özünü yaxşı göstərmək üçün çalışacaq.
- Sabiq komandanız “Sumqayıt”ın qış fasiləsindən sonra biləyini bükən yoxdur. Ötən gün “Kəpəz”lə oyunlarını izləmək üçün vaxt tapa bildiniz?
- Təbii ki, izlədim. Buna vaxt tapdım. “Sumqayıt”ı 3-cü yerə yüksəlmək münasibətilə təbrik edirəm. Bu, böyük uğurdur. Riad Rəfiyevə də klubun prezident postunda uğurlar arzu edirəm. Sumqayıt əsl futbol şəhəridir. Gözəl futbol atmosferi var. Azarkeşlər Sumqayıtda futbolu çox sevir. Rəfiyev işinə sıfırdan başlamayacaq. Bünövrəni hamımız qoymuşduq. “Sumqayıt” "xod"da olan arabadır və onu düzgün istiqamətləndirmək lazımdır. Hazırda “Neftçi” üçün çalışıram. Komandanın Avropa Liqasına yollanmaq şansı var və biz bu yöndə çalışırıq(Sport24.az).
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər