Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov ötən ilin hesabatları ilə bağlı keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, qarşıdakı dünya çempionatında əsas hədəflərini açıqlayan S. Sadıqov vaxtı ilə prezidenti olduğu “Neftçi” klubunun hazırkı durumuna da toxunub.
- Qarşıda dünya çempionatı var. Milli komandanın hazırlıq planları barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, cüdoçuların hazırkı durumu sizi qane edirmi?
- 2018-ci il dünya çempionatı bizim üçün böyük prosesdir. Artıq təlim-məşq toplanışına başlamışıq. Komandamızın formasını qoruyub saxlaması üçün hazırlıqlarımız davam edir. Komanda Şahdağda təlim-məşq toplanışındadır. 1-2 gün öncə yanlarında oldum. Çox yüksək ab-hava var. Dünya çempionatına ciddi hazırlaşırlar.
- Baş məşqçinin qarşısına hansı hədəflər qoymusunuz?
- Hədəflər bəllidir. Hər bir baş məşqçinin məqsədi dünya və Avropa çempionatlarında, Olimpiadada uğur qazanmaqdır.
- Konkret olaraq, neçə medal qazanmağı nəzərdə tutursunuz?
- Cüdo ən tanınmış idman növlərindən biridir. Nəzərə alsaq ki, dünya çempionatında 240 dövlət 7 çəkidə iştirak edir, görün, onun səviyyəsi nədir. Rio Olimpiadasında 2 medal qazanmışdıqsa, ən azı bu uğuru təkrarlamalıyıq. Amma artıq olsa, pis olmaz.
- Son yarışlarda da gördük ki, bizim cüdoçularımız hələ də yaponiyalı idmançılarla bacarmırlar. Bu, psixoloji problemdir, yoxsa necə?
- Yaponlarla heç kim bacarmır (gülür). Cüdo Yaponiyada çox inkişaf edib. İkinci məsələ də psixoloji durumla bağlıdır. Uşaqlar yaponla düşəndə, həyəcan keçirirlər. 73 kq çəki dərəcəsində Rüstəm Orucov da yapona uduzdu. Bunun üzərində işlərimizi aparırıq ki, onları necə keçmək olar. Uşaqlar çalışırlar ki, gələcək yarışlarda yaponlara asanlıqla uduzmasınlar.
- Qadın cüdoçuların çıxışları sizi razı salırmı?
- Hələ ki, razı salmır. Çünki gəncdirlər. Vaxtımız var. Səmimi deyirəm ki, qadınlarla 6-7 aydır işləməyə başlamışıq. Bilirsiniz ki, bizdə əvvəllər də qadın cüdoçularla bağlı problem olub. Nəzərdə tutmuşuq ki, qarşıdakı Olimpiadada 10 lisenziyadan 3-ü qadınlar üçün olsun. 3 qadın cüdoçumuz Olimpiadada iştirak edəcək və onlardan da biri nəticə verəcək.
- 73 kq-da 2 güclü cüdoçumuz var. Amma Olimpiadada onlardan birini itirmək məcburiyyətində qalacağıq. Ola bilərmi ki, hansısa biri çəkisini dəyişsin?
- 73 kq-da həm Hidayət, həm də Rüstəm dünya reytinqində yüksəklərdədilər. Biz federasiya olaraq, onların işinə müdaxilə edə bilmərik. Onlar özlərini bu çəki dərəcəsində görürlərsə, biz heç nə deyə bilmərik. Hansı güclüdürsə, digərini çıxarmalıdır. Azad rəqabətdir. Bu məsələni öz ixtiyarlarına buraxmışıq.
- Bundan sonra da milliyə yeni cüdoçuların cəlb olunması gözlənilirmi?
- Əlbəttə, gözlənilir. Qusardan, Zaqataladan gələn idmançılarımız var ki, bütün dünya da öz sözlərini deyirlər. Regionlarda apardığımız işlər cüdonun inkişafı ilə bağlıdır. Elə regionlarımız var ki, oranı sırf cüdo regionu adlandırmaq olar. Biz fəaliyyətimizi gücləndiririk ki, gələcəkdə milliyə gənc və güclü cüdoçuları cəlb edə bilək.
- Sabiq klubunuz “Neftçi”nin oyunlarını izləyirsinizmi?
- İdman təşkilatının rəhbəri olaraq, respublikamızda gedən bütün idman yarışlarını izləyirik. Mən bilən “Neftçi” son vaxtlar yüksəlişdədir. Kluba yeni prezident təyin olunub. Kamran Quliyev tanınmış mütəxəssislərdən biridir, “Sumqayıt” klubunun prezidenti olub. Yeni baş məşqçi gətirmişdilər. Tərlan Əhmədov bizim vaxtımızda köməkçi məşqçi idi. “Neftçi” uğurlarını davam etdirəcək. Əvvəl də demişdim ki, onlara bir qədər vaxt lazımdır. Həmin vaxt artıq çatıb. “Neftçi” Avropa Liqasına vəsiqə qazanmaq üçün çalışacaq.
- Tərlan Əhmədovla çalışmısınız. Kamran Quliyevə nə məsləhət verərdiniz?
- Kamran Quliyevə heç bir məsləhət verə bilmərəm. Çünki Kamran öz işini ola bilsin ki, məndən də yaxşı bilir. İndi hansısa klub prezidentinə məsləhət vermək düzgün deyil. Biz arzu edirik ki, “Neftçi” yenə Avroliqanın qrup mərhələsində oynasın və azarkeşlərimizi, xalqımızı sevindirsin.
- “Neftçi”nin son oyunlarını izləmisinizmi?
- “Qarabağ”la dünənki matçı izlədim, super oyun oldu. Şəxsən mənə ləzzət elədi.
- Sizin dönəminizdə komandanın baş məşqçisi olan Böyükağa Hacıyevin səhhətində ciddi problemlər var. Onun durumu ilə maraqlanırsınızmı?
- Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Vəziyyəti ağırdı. Bu, uzunmüddətli müalicəyə ehtiyac olan xəstəlikdir. Ona şəfa diləyirəm. Onun oğlu ilə əlaqə saxlayırıq, yaxın münasibətimiz var. Allahdan Böyükağaya uzun ömür, can sağlığı diləyirəm.
- Yaxın zamanda milli komandaya bölgələrdən cüdoçular cəlb olunacaqmı?
- Gözlənilir. Qusardan, Zaqataladan gələn idmançılar var ki, təkcə Azərbaycan daxilində deyil, Avropa, dünya səviyyəli yarışlarda da öz sözlərini deyirlər. Regionlarda apardığımız işlər cüdonun inkişafı ilə bağlıdır. Elə yerlər var ki, oranı əsl cüdo regionu adlandırmaq olar. Orda da öz işimizi gücləndiririk ki, gələcəkdə milli komandamıza potensiallı uşaqlar verə bilək.
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
“Qarabağ”dan bu yayın 7-ci transferi - Rəsmi
Rafinya Norveçlə oyunu buraxacaq
"Bavariya"dan 55 milyon avroluq transfer
“Qarabağ” - “Vestri” oyununun biletləri satışda
Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
“Top saçıma toxunduğu üçün ofsayd qərarı verildi”
Naqelsmanın istefasının səbəbi açıqlandı
Deşamdan Mbappeyə hədiyyə - Video
Kevin Medina yeni klubunda təqdim olundu - Şəkillər
“Kəpəz”ə yeni rəhbər seçilib
Misir millisinin baş məşqçisi ilə polis arasında insident
Komandası ilə vidalaşdı, “Qarabağ”a qoşuldu
Ronaldo eyvana çıxıb azarkeşləri coşdurdu - Video
"Şəfa" Premyer Liqa üçün hazırlığa start verdi - Şəkillər
Alleqrinin yeni klubu rəsmiləşdi
Britaniya futbolu tarixinin ən bahalısı oldu
Futbolçu raket atəşi nəticəsində həyatını itirdi
Ronaldodan daha bir ilk
Mundialla vidalaşdı, milli karyerasını başa vurdu
Naqelsmann Almaniya millisindən ayrıldı
Ronaldo Modriçə nə deyib?
DÇ-2026-da 1/8 finalın müəyyənləşən cütlükləri
İspaniya millisi növbəti mərhələyə belə adladı - Video
Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi
İspaniya 1/8 finalda - Yenilənib
"Neftçi" "ÇFR Kluj"a belə uduzdu - Video
"Rəqib güclü və keyfiyyətli komanda idi" - Yuri Vernidub
Premyer Liqa klubu baş məşqçisini göndərdi
DÇ-2026-da "86-cı dəqiqə" kabusu
"Neftçi" Rumıniya klubuna uduzdu
İspaniya - Avstriya: Heyətlər