"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqanın 19-cu turunda “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
- Meydanda bütün istədiklərimizi gerçəkləşdirdik. Hər şey istədyimiz kimi alındı. Topa nəzarət etməyə çalışırdıq. Rəqibin necə oynayacağını bilirdik. Çoxlu qol imkanlarımız oldu. Təəssüf ki, çoxundan istifadə edə bilmədik. Əsas odur ki, 3 xal qazana bildik.
- Fasilədən sonra belə bir fikir var idi ki, “Qarabağ” çox qol vura bilmir. Hiss edirsən ki, komanda oyundan-oyuna artırır?
- Desəm ki, “Qarabağ” pis oynayır, qol vəziyyəti yarada bilmir, düzgün olmaz. İmkanlarımız olur. Fasilədən sonra ilk oyunda “Qəbələ” ilə qarşılaşdıq. Həmin görüşdə hamı nə qədər qol epizodu yaratdığımıza şahid oldu. Bu gün də imkanlarımız oldu. 2-sindən istifadə etdik. İnanıram ki, qarşıdakı oyunlarda hər şey daha yaxşı olacaq.
- Son vaxtlar Ramil Şeydayevin ehtiyatda qalması çox müzakirə olunur. “Zirə” ilə oyunda meydana çıxdı. Necə düşünürsən, gənc hücumçu ondan gözlənilən oyunu sərgiləyə bildimi?
- Ramil gənc futbolçudur. Oyun praktikası olmalıdır. Bundan sonra potensialı açılacaq. Bizimlə birgə məşq edir. Amma oyunun ritmi tam başqadır. Öz üzərində işləsə, daha yaxşı olacaq. Çünki potensialı var. İnanıram ki, öz üzərində çalışacağı halda, "11-lik"də də yer ala biləcək.
- Belə bir fikir yaranıb ki, Ramil milliyə düşmək üçün başqa kluba getməlidi. Bununla razısanmı?
- Ramil uşaq deyil. Nə etməli olduğunu yaxşı bilir. Məsləhət almaq istəsə, komandada çoxlu təcrübəli futbolçu var. Onlarla danışa bilər.
- Bəs sən ona nə məsləhət görərdin?
- Üzərində daha çox işləsin, hamı ilə münasibətdə olsun. Bəzi məqamlarda utanır. "Qarabağ" elə komandadır ki, nəsə istəsə, hamı ona yardım əlini uzadacaq. İstərdim ki, bizim aramızda qalsın. Çünki oyun üslubu xoşuma gəlir. Amma yenə də üzərində işləməlidi.
- “Qəbələ” ilə xal fərqi artandan sonra “Qarabağ” daha rahat oynayır...
- Bu dəfə oyunumuz yaxşı alındı. Ona görə belə rahat oynadıq.Yoxsa komandada heç bir boşalma yoxdur. Çox adam düşünə bilər ki, 10 xal böyük fərqdir. Hələ heç nə həll olunmayıb. Amma belə davam etsək, birinci yeri qoruyub saxlaya bilərik.
- Artıq milli komandanın qarşıdakı oyunları barədə düşünməyə başlamısınız?
- Xeyr. Hələ qarşıda “Neftçi” ilə oyun var.
- Bu oyundan nə gözləyirsən? “Neftçi”nin formada olmağı sizə problem yarada bilərmi?
- Maraqlı oyun olacaq. Rəqib açıq futbol sərgiləyir. Temp yığmağa başlayıblar. Biz də istərdik ki, “Neftçi”nin ən pik forması olsun və bizlə oynasınlar. Rəqibin oyununu yaxşı analiz edəcəyik. Baş məşqçi nə tapşırıq versə, meydanda hamısını yerinə yetirməyə çalışacağıq.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi