“Kəpəz”in Topaz Premyer Liqasının son turunda “Səbail”ə qalib gəldiyi (2:1) oyunu stadiondan izləyənlər arasında Olimpiya çempionu Toğrul Əsgərov da olub.
Qol.az-ın xəbərinə görə, “sarı-göylər”in sadiq azarkeşi kimi tanınan idmançı oyun haqda klubun saytına açıqlama verib:
“Bilirsiz ki, imkan düşdükcə, oyunlara gəlirəm. Məşqlər intensivləşib deyə son vaxtlar nadir hallarda stadionlarda görünürəm. Amma nəticələri izləyirəm. Gəncədə olduğumdan “Səbail”lə görüşə baxmağı qərara aldım. Komanda qol vuranda da gördüm, öz qapısından top buraxanda da (gülür). Darionun zərbəsi dirəyə dəyməsəydi, yaxşı qol olacaqdı. Maraqlı oyun alındı. Qələbəyə görə sevinirik. Bunun davamlı olmasını istəyirik”.
Sərbəst güləşçi sevimli komandasının cari çempionatdakı çıxışına da toxunub: “Təbii ki, komandanın vəziyyəti hamını olduğu kimi bir azarkeş qismində məni də narahat edir. Gəncə azarkeşi uduzmağı sevmir. Ona görə qələbələrin arzusundayıq. Pis günün ömrü az olar. Baş məşqçimizə, klub rəhbərliyinə inanırıq. Bilirik ki, onlar “Kəpəz”i düşdüyü durumdan çıxarmaq üçün əllərindən gələni edirlər. Komanda xoşuma gəldi, uşaqlar layiqli mübarizə aparırlar. Futbol kollektiv idman oyunudur, heyət qışda yenilənib. Futbolçuların bir-birinə uyğunlaşması üçün vaxt lazımdır. Peşəkar idmançıyam, belə şeyləri yaxşı başa düşürəm. İdmançı formasından uzaq düşə və sonra onu bərpa da edə bilər. “Kəpəz”in bundan da pis günləri olub. Amma tədricən vəziyyət düzəlib və azarkeş kütləsini yenidən arxasına yığıb. Doğma klubuma uğurlar arzu edirəm. Bu qədər azarkeşi olan komanda bu yerdə ola bilməz. İnşallah, “Kəpəz” istədiyi yerə çatacaq. Ümid edək ki, bundan sonra hər şey yaxşı olacaq. Buna inamımız böyükdür, klubu dəstəkləyirik”.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat