ÇL-in sabahkı oyunları almanlara tapşırıldı

ÇL-in sabahkı oyunları almanlara tapşırıldı
XƏBƏR 5 Mart 2018 / 12:51 3694
-  A +

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab oyununun hakimləri müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sabah keçiriləcək  hər iki oyunu almaniyalı hakimlər briqadası idarə edəcək.

PSJ – “Real” matçını Feliks Brix idarə edəcək. “Liverpul”-“Porto” oyunu isə  Feliks Zvayerə tapşırılıb.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Son xəbərlər
topaz banner