Topaz Premyer Liqasının XVIII turu bütün komandaların qol vurması ilə diqqət çəkib.
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “Sumqayıt” – “Qarabağ” oyununda komandalar hərəyə 1 qol vurubsa, “Neftçi” “Qəbələ”ni, “Keşlə” “Zirə”ni, “Kəpəz” “Səbail”i eyni – 2:1 hesabı ilə məğlub edib. Bütün komandaların qol sevinci yaşamasına mövsümdə 2-ci dəfə təsadüf olunur. Belə hal I turda yaşanmışdı.
Maraqlıdır ki, onda da üç qarşılaşmada 2:1 hesabı qeydə alınıb. “Qəbələ”nin “İnter”i, “Zirə”nin “Səbail”i, “Sumqayıt”ın “Kəpəz”i eyni hesabla udduğu turun digər qarşılaşmasında “Qarabağ” “Neftçi”ni yenib – 3:1. Həmin turda 13, hesabat turunda isə 11 qol qeydə alınıb.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat