“İlk qolu buraxandan sonra həvəsdən düşmədik. Əsl xarakter nümayiş etdirdik. Bilirdik ki, birlikdə mübarizə apardığımız zaman istənilən rəqibi məğlub edə bilərik”.
Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 18-ci turunun “Qəbələ” ilə oyunundan sonra jurnalistlərə açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.
2:1 hesablı səfər qələbəsindən danışan təcrübəli futbolçu qol ilk qolda məhsuldar ötürmə ilə yadda qaldığı epizodu şərh edib: "Rəqibin topu auta atmağa hazırlaşdığını gördüm. Topu ondan almağa nail oldum və hər şey yaxşı alındı. Nəticədə də qol vurduq. Həmin epizodda kimin günahkar olduğunu deyə bilmərəm”.
E.Mahmudov bundan əvvəlki oyunlarda komandasının inamsız təsir bağışlamasının səbəblərini də açıqlayıb: “Bizə heç nə mane olmur. Sadəcə, hərdən xarakter nümayiş etdirə bilmirdik. Qol buraxan kimi həvəsdən düşürdük. Bu dəfə isə göstərdik ki, hesabda geridə olarkən belə oynaya bilirik”.
Milli komandamızın da şərəfini qoruyan futbolçu fasilədə Tərlan Əhmədovun tapşırıqlarının qələbədə həlledici rol oynadığını söyləyib: "Baş məşqçi fasilədə bəzi iradlarını bildirdi. Həmçinin bizi ikinci hissəyə köklədi. İkinci hissədə onun istədiyi kimi oynadığımız üçün qələbə qazandıq".
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat