"Zirə"nin futbolçusu Jozef Bum Topaz Premyer Liqanın 18-ci turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra brifinq keçirib.
- Uzun fasilədən sonra ilk oyununuza çıxdınız. Oynamamağınız zədə ilə bağlı idi?
- Bəli.
- Bu gün (dünən - red) komandanız məğlub oldu. Uduzmağınızın səbəbini nədə görürsünüz?
- Hər bir komandanın üzləşdiyi bu cür çətin məqamlar olur. Düşünürəm ki, üzərimizə düşən vəzifə bu vəziyyətdən qısa müddətdə çıxmaqdır.
- Ardıcıl məğlubiyyətlər nə ilə əlaqədardır?
- Belə çətin vəziyyətlərdə konkret bir səbəb olmur. Çoxlu səbəb saya bilərik. Düşünürəm ki, tezliklə belə vəziyyətdən qurtulmalıyıq.
- Bu gün hücum edən tərəf siz oldunuz. Amma iki qol buraxdınız. Nəticəni nə dərəcədə ədalətli sayırsınız?
- Futbol belədir. Bəzən çox hücum edən tərəf sən olduğun halda, qapında qollar görə bilərsən. Düzgün vurğuladınız: Bu gün hücum edən tərəf biz idik. Lakin qapımızda iki qol gördük. Futbol səhvlər üzərində qurulub. Rəqib müəyyən səhvlərimizdən yararlanaraq, bizə qollar vurdu.
- Baş məşqçi Ayxan Abbasov və bombardiriniz Riçard Qadzenin cəza üzündən meydanda olmamaları məğlubiyyətdə çoxmu rol oynadı?
- Bəli. Belə düşünün ki, bir komandasan. Lakin baş məşqçin texniki zonada, Qadze isə oyunda deyilsə, deməli, ailədən bir parça yoxdur. Bunları qələbə üçün önəmli amillər də saya bilmərəm. Amma onlar öz yerlərində olsaydılar, biz bütöv ailəyə çevriləcəkdik.
- Qış fasiləsinədək 2-ci pillə üçün oynayacağınızı düşünmək olardı. İndi isə 3-cü yer də əldən getmək üzrədir. Bu, sizi narahat etmir?
- Bu, çempionatı daha da maraqlı və həyəcanlı edən amillərdəndir. Hər bir komandada bu cür hallar olur. Üzərimizə düşən vəzifə tezliklə bu vəziyyətdən çıxmaqdır. Bəli, təhlükəli məqam ola bilər. Çalışıb, tez bir zamanda bunu dəf etməliyik (sportnet.az).
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat