"Qarabağ"ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın 18-ci turunda "Sumqayıt"la oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç fikirlərini söyləyib.
- Çətin oyun alındı. "Sumqayıt” yaxşı komandadır. Bu rəqiblə səfərdə oynamaq asan deyil. Əlbəttə, qələbə qazanmağı arzulayırdıq. Belə atmosferdə oynamaq xoş oldu. Son zamanlar "Sumqayıt"ın ev oyunlarına azarkeş çox gəlir. Çalışdıq ki, nəticə qazanaq, amma düşünürəm ki, çempionluq yolunda bu nəticə bizim üçün itki olmaz. Əsas odur ki, xal qazandıq.
- Kubok matçında "Sumqayıt”a uduzdunuz. Həmin oyunla bu qarşılaşmada fərq var idi?
- Kubok görüşləri 2 matçdan ibarət olur. 2 oyuna əsasən, mərhələ adlamağa çalışırsan. Lakin burada aktivinə xal yazdırırsan. Fərqli oyunlardır. Bizim üçün pis oyun olmadı. İkinci hissədə daha yaxşı oyun sərgilədik.
- "Qarabağ” qış fasiləsindən sonra çox qol vura bilmir…
- Artıq komandalar müdafiə oluna bilir. Çempionatın əksər komandaları 5 müdafiəçi ilə çıxış edir. "Sumqayıt” da müdafiə olunanda 5 və daha çox oyunçu ilə müdafiəyə qapanır. Belə halda qol vurmaq çətin olur. Bu da normal haldır. "Sumqayıt”la görüşdə şans yaradıb qol vurmaq yaxşı haldır.
- "Neftçi” "Qəbələ”yə qalib gəlsə, çempionluq yolunda böyük addım atacağınızı demək olar?
- Siz deyən baş versə, fərq 1 xal da artacaq. Çalışacağıq ki, son tura qədər oynayaq. Çempionat hələ bitməyib. Özümüz, milli üçün oynamalıyıq ki, yaxşı formada qalaq. Qarşıda bizi daha çətin oyunlar gözləyir.
- Bu gün Amil Yunanov yenə də "Qarabağ”a qol vurdu. Səncə, milliyə dəvət almağa layiqdir?
- Bu sual mənə deyil, millinin baş məşqçisi Qurban Qurbanova aiddir. O haqda nəsə deyə bilmərəm. Amil Yunanov pis futbolçu deyil, ancaq son qərarı yığmanın baş məşqçisi verir.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi