"Oyundan əvvəl heç-heçə fikri yox idi. Fikrimiz əks-hücumlarla qələbə idi. Bu gün bir xal qazandıq. Bəlkə qorxaq oyun sərgilədiyimizi düşünə bilərsiniz. Amma məşqlərdə hər xırda məqamadək tapşırıq vermişdik. Futbolçular özlərini itirmədilər, sonadək mübarizə apardılar”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 18-ci turunda "Qarabağ"la bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.
- Kamran Quliyevlə Ceyhun Sultanovsuz vəziyyət necədir?
- Əvvəllər bilirdik ki, otaqları ordadır. Çalışırıq ki, yoxluqlarını hiss etdirməyək. Sadəcə, əvvəllər futbolçuları motivasiya edirdilər ki, milliyə düşün, indi biz klub prezidentini həvəsləndiririk ki, başqa klublara getsinlər.
- Fərhad Vəliyevə nə qədər vaxt lazım idi ki, həyəcanını boğsun?
- Bilmirəm həyəcandandır, yoxsa yaşdandır. Bu gün hər ikisindən var idi.
- Rail Məlikovun ehtiyatda qalması nə ilə əlaqədar idi?
- Zədəsi yox idi. Sadəcə, rəqibin sürətli oyununa görə Bəhlul Mustafazadəyə şans verdik.
- Azarkeşlə Rəşad Sadıqov arasındakı problem nədən irəli gəlirdi?
- Rəşad Sadıqov Azərbaycanın simvoludur. Ona hər hansı pis söz yaraşmaz. Ona görə azarkeşə çəp-çəp baxdım.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!