"Ağır oyun keçdi. Qələbə qazanmağı çox istəyirdik. Fasilədən sonrakı 3 turda uduzmağımıza baxmayaraq, oyunumuz yaxşı alındı. Bu görüş daha çətin keçdi. Çünki "Səbail" "Qəbələ"ni məğlub etmişdi. Onlarda ruh yüksəkliyi var idi. Qələbə qazandığımız üçün şadıq. İnanıram ki, qalibiyyətlərimizin davamı gələcək".
Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 18-ci turunun "Kəpəz" - "Səbail" matçından sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandrıb:
- Fasilədən sonr Dedimar Ferreyranı əvəzlədiniz. Aşkar görünürdü ki, İlkin Sadıqov mübarizə apara bilmir. Onu nə üçün uzun müddət meydanda saxladınız?
- Məncə, o, çox da pis təsir bağışlamadı. İlkin Sadıqov istedadlı futbolçudur. Oyunundan narazı qalmadım. Verilən tapşırıqları yerinə yetirdi. Dedimar isə sarı vərəqə aldı, səhvə yol verdi. Sərt oynamağa üstünlük verən futbolçu olduğu üçün onu əvəzlədim.
- Bu, sizin məşqçilik karyeranızda 250-ci oyununuz idi. Düşünürsünüz ki, futbolçularınız bu qələbəni sizə hədiyyə etdilər?
- Heç xəbərim yox idi. Sizdən eşidirəm. Sağ olsunlar, yəqin elə futbolçularım bu qələbəni mənə hədiyyə etdilər.
- Qarşılaşmanın ilk hissəsində bir qədər fasilə yarandı və bu müddətdə Darionu yanınıza çağırıb, nəyisə izah etdiniz. Nə dilində danışırdınız?
- Darioya başa saldım ki, imkan düşəndə qapıya zərbə vur. Hər-halda "şut" sözünü başa düşürəm də (gülür).
- 85-ci dəqiqədən sonra nə düşünürdünüz?
- Çox düşüncəli idim. Fikirləşdim ki, görəsən yenə axırda qol buraxacağıq? Şükürlər olsun ki, bu sindromu qırdıq.
- Murad Səttarlının adını iştirak ərizəsində niyə görmürük?
- Bildiyiniz kimi o, Antalyadakı təlim-məşq toplanışında ciddi zədə aldı. Formasını bərpa etməyə çalışır. Yaxın günlərdə onu meydanda görə bilərsiniz.
- Dario Frederiko tam olaraq öz oyununu tapıb?
- Xeyr, Dariodan razı deyiləm. Yəni, o tam olaraq mən istəyən futbolu oynamır. Baxmayaraq ki, texnikası yüksəkdir. Tək o deyil. "Kəpəz"də bir çox futbolçular var ki, hələ tam olaraq öz oyunlarını tapmayıblar. Bunlar hamısı zamanla düzələcək.
- Şəhriyar Əliyevi meydana sağ cinah müdafiəçisi mövqeyində buraxmışdınız...
- O futbola başlayarkən sağ cinah müdafiəçisi olub. Bu gün də Şəhriyarı həmin mövqedə sınamaq qərarına gəldim. Məncə, pis alınmadı.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!