"Yuventus"da növbəti itki

"Yuventus"da növbəti itki
XƏBƏR 3 Mart 2018 / 16:22 1985
-  A +

İtaliya A Seriyasının 26-cı turunda səfərdə “Latsio”nun qonağı olacaq "Yuventus" daha bir itki ilə üzləşib.

Qol.az-ın "Football İtalia"ya istinadən məlumatına görə, Qonzalo İquaindən sonra Turin klubunun daha bir hücumçusu zədələnib. Bu dəfə Mario Mancukiç sıradan çıxıb. Məşq zamanı zədələnən 31 yaşlı forvardın "Latsio"ya qarşı oynaması sual altına düşüb.

Qeyd edək ki, "Latsio" – "Yuventus" oyunu bu gün keçiriləcək.

Daha çox


Son xəbərlər