"Mançester Siti" cərimələndi

"Mançester Siti" cərimələndi
XƏBƏR 3 Mart 2018 / 15:55 3048
-  A +

İngiltərə Futbol Assosiasiyası “Mançester Siti”ni cərimələyib.

Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb “şəhərlilər”in futbolçularının “Uiqan”la kubok oyununda baş hakim Entoni Teylorun qərarlarına sərt reaksiya vermələri olub. Nəticədə klub 50 min funt-sterlinq məbləğində cərimələnib.

Qeyd edək ki, “Mançester Siti”nin 0:1 hesablı məğlubiyyəti ilə nəticələnən matçda Mançester təmsilçisinin yarımmüdafiəçisi Fabian Delf qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Son xəbərlər
topaz banner