“Xəzər”in baş məşqçisi Elşad Əhmədov birinci divizionun hesabat turunda “Qaradağ Lökbatan” üzərində evdə 1:0 hesablı qələbədən sonra müsahibə verib.
- Oyun çox çətin və emosianal keçdi. Nə alınmırdı?
- Düzdü, ötən turda "Binə"yə məğlubiyyətə görə hamımızda gərginlik var idi. Buna baxmayaraq, üzərimizə düşən yükü, məsuliyyəti başa düşürdük. Ona görə də rəqibə boşluqlar vermək istəmirdik. İlk gündən futbolçulara demişəm, rəqibə boşluq verməyin ki, başımız ağrımasın. Ola bilər ki, "Binə" ilə oyunda nəsə boşluğumuz oldu, istədiyimiz nəticə olmadı. Bu dəfə səhv etməməyə çalışdıq.
- Erkən ziyanı daha çox olmadımı?
- Bəlkə də oldu. Özünüz də gördünüz ki, 13-14-cü dəqiqədən sonra komanda hücum etməyi dayandırdı.
- Ən azı "Sabah"la oyundakı komandanı görmədik...
- Bəli. Həm də rəqibi nəzərə almaq lazımdır. "Qaradağ Lökbatan" birinci divizionun köklü, təcrübəli komandasıdır, güclü heyəti var. Onlara qarşı oynamaq asan deyildi.
- Kapitanınız Bəxtiyar Soltanovda nə problem var idi? Hiss olunurdu ki, ilk hissənin yarısından sonra yorğunluq var...
- Oyundan sonra səbəbini soruşdum. Yorğunçuluq olduğunu deyir. Amma fikrimcə, bunlar olmalı deyil. Futboldan kənar nə işlə məşğul olduqlarını dəqiq deyə bilmirəm. Bazamız yoxdu ki, gəlib burda qalalar, hazırlaşalar. Antalyada gördüyümüz Bəxtiyarın 70 faizini gördük. Bu gün ikinci hissədə çox əziyyət çəkdi.
- "Sabah" üzərində qələbə qazananda ikinci dövrə yeni başlamışdı. Deyə bilərdiniz ki, hələ nəticə çıxarmaq tezdir. Bu gün isə lideri də məğlub etdiniz. Bunu digər klublara çağırış hesab etmək olar ki, "Xəzər"in iddiası böyükdür?
- "Xəzər" ilk gündən iddiasını ortaya qoyulub. Əlbəttə, nəticə də önəmlidir. Sağ olsun rəhbərlik, komandanın iddiasına uyğun şəraiti də formalaşdırıb. Demirəm ki, Premyer Liqa səviyyəsində şəraitimiz var. Ancaq normal şəraitimiz var ki, güclülər dəstəsinə çıxaq və orda iştirak edək.
- 3 oyun arxada qalıb. Sizi oyun planında narahat edən əsas məqam hansıdır?
- Qol vura bilməmək.
- Qol da buraxmırsınız...
- Qol buraxmamaq borcumuzdur. Amma qol vurmaq da vəzifəmizdir. Bunu hələ ki, bacarmırıq. Məşqlərdə də bunu hiss edirəm. Bunun üzərində çox çalışırıq, amma hələ nəticə yoxdu. Qol vura bilməməkdən əziyyət çəkirik (qafqazinfo.az).
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq