“Mançester Siti”nin hücumçusu “Şaxtyor”da

“Mançester Siti”nin hücumçusu “Şaxtyor”da
XƏBƏR 3 Mart 2018 / 00:40 5726
-  A +

“Mançester Siti” futbolçusu Olarenvacu Kayodeni “Şaxtyor”a icarəyə verib.

Qol.az-ın məlumatına görə, bu barədə Donetsk klubunun saytı xəbər yayıb.

Nigeriyalı hücumçu mövsümün sonuna qədər “Şaxtyor”da çıxış edəcək.

Qeyd edək ki, 24 yaşlı futbolçu bundan əvvəl İspaniyanın “Jirona” klubunda icarədə olub. O, Liqada 12 oyun keçirib və qol vura bilməyib.

Son xəbərlər