PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real"la matç barədə fikirlərini bildirib.
Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o, Madrid klubu ilə matçda qələbə qazanmaq istədiklərini deyib: "Qələbəni Neymara hədiyyə etmək istəyirik. Buna bacaracağımıza inanırıq. Bir çox oyunçu "Real"la matçda iştirak etmək istəyir. Geridönüş edəcək gücdəyik".
O, zədə səbəbindən matçda iştirak etməyəcək Neymarın yoxluğunun hiss olunacağını vurğulayıb: "Neymar meydanda fərqli işlər görür. Amma biz başqa futbolçularla da qalib gələcəyimizə ümid edirik".
Qeyd edək ki, PSJ - "Real" görüşü martın 6-ı keçiriləcək. Bu komandalar arasında ilk oyunda Madrid klubu 3:1 hesabı ilə qalib gəlib.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi