“Hazırlığımız qaydasında gedir. Vəziyyətimizə görə hər oyun bizim üçün böyük önəm daşıyır. Bir xal belə qızıla bərabərdir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in kapitanı Şəhriyar Rəhimov klubun saytına deyib.
O, Topaz Premyer Liqanın 18-ci turunda “Səbail”lə keçirəcəkləri oyun haqda danışıb: "Paytaxt klubu ilə görüş bizə həm xal qazanmaq, həm də üzərimizdəki psixoloji gərginliyi atmaq baxımından bir şansdı. Niyyətimiz qalib gəlməklə xal ehtiyatını artırmaqdı. Qələbə bizim üçün qarşıdakı oyunlara yaxşı motivasiya ola bilər. Bununla komanda özünənamı qaytaracaq”.
“Kəpəz” qış fasiləsindən sonra çempionatda keçirdiyi hər üç matçda minimal hesabla uduzub. “Neftçi”, “Keşlə” və “Qarabağ”la görüşlərdə “sarı-göylər” qapısından bir top buraxıb. Komanda oyun baxımından yaxşı təsir bağışlasa da, qol imkanlarından lazımınca istifadə edə bilməyib. Rəhimovun fikrincə, qol vura bilsələr, vəziyyəti düzəltmək mümkün olacaq: “Hər üç matçda yaxşı mübarizə aparmışıq. Hətta “Qarabağ” kimi rəqibə asanlıqla uduzmadıq. Amma yaxşı oynamaq bizə xal qazanmaq baxımından heç nə vermir. Biz xallar toplamalıyıq. Oyunumuzda yalnız qol çatışmır. Vəziyyətlərdən maksimum şəkildə yararlansaq, komanda üçün yaxşı nəticələr qazana bilərik. Hər şey özümüzdən asılıdı. Qol vəziyyətlərinin üzərində çox çalışmalıyıq ki, ələ düşən fürsətlərdən dəqiqliklə yararlana bilək”.
"Qarabağ”la son qarşılaşma Şəhriyar Rəhimov üçün əlamətdar olub. 29 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. 11 çempionatda 5 klubun şərəfini qoruyan Rəhimov ən çox meydana “Kəpəz”in heyətində (78 oyun, 6 qol) çıxıb: “Açığı, oyun sayından xəbərsiz idim, təxmini bilirdim. Sonra PFL-in açıqladığı məlumatda gördüm. Əsas olan çıxış etdiyin komandaların nəticəsidi. Əlbəttə, bir tərəfdən 200-cü oyuna çıxmaq xoşdu. Yubileydi, neçə illərdi ki, çempionatda oynayıram. Digər tərəfdən, indi məni daha çox Gəncə klubunun nəticələri maraqlandırır. Çünki vəziyyət bunu tələb edir. Onu da deyim ki, “Kəpəz” mənim üçün doğma komandaya çevrilib. 3 ildi ki, buradayam, daim oynayıram. 78 oyun keçirmişəm. Çalışacam ki, daha çox oynayım və komandaya xeyir verim”.
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib
"Zirə" Türkiyə klubuna qalib gəldi
Azərbaycan millisi Tacikistanı məğlub etdi
"Bavariya" mundialın ulduzunu transfer etdi
"Arsenal"dan getdi
İspaniya Superkubokunun vaxtı və yeri dəyişdirildi
"Marsel" yeni baş məşqçisini açıqladı
İngiltərə - Konqo: Heyətlər
“Qarabağ”ın “Ferensvaroş”la oyun üçün heyəti
Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi
Bir işarəsi ilə bütün komandanı susdurdu! - Video
"Bura turist kimi gəlməmişik"
"Şəfa"dan ilk legioner transferi
Azərbaycan millisinin oyunu Gəncədə!