İquain "Tottenhem"ə qarşı oynayacaq?

İquain "Tottenhem"ə qarşı oynayacaq?
XƏBƏR 2 Mart 2018 / 18:40 2365
-  A +

İtaliya A Seriyasının 27-ci turunda "Torino" ilə oyunda zədələnən "Yuventus"un futbolçusu Qonsalo İquain hələlik komanda ilə məşq etmir.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu "Latsio" ilə oyunu buraxacaq.

Onun Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"lə martın 7-də keçiriləcək cavab oyununa hazır olacağı bildirilir.

Qeyd edək ki, 30 yaşlı forvard bu mövsüm Turin klubunun heyətində 35 oyuna 20 qol vurub.

Son xəbərlər