"Tottenhem"in yeni hədəfi - Marko Roys

"Tottenhem"in yeni hədəfi -  Marko Roys
XƏBƏR 2 Mart 2018 / 16:40 3516
-  A +

Dortmund "Borussiya"sının futbolçusu Marko Roys "Tottenhem"in maraq dairəsindədir.

Qol.az-ın "Mirror"a istinadən yaydığı xəbərə görə, London klubu almaniyalı hücumçuya təklif göndərməyə hazırlaşır.

Roysun "Borussiya" ilə 2019-cu ilə qədər müqaviləsi var. Klub ona yeni müqavilə təklif etsə də, futbolçu danışıqları təxirə salıb.

Qeyd edək ki, zədədən əziyyət çəkən Almaniya millisinin üzvü bu mövsüm cəmi 5 oyuna çıxıb və 2 qol vurub.

Son xəbərlər
topaz banner