"Barselona"nın 2 illik seriyası qırıldı

"Barselona"nın 2 illik seriyası qırıldı
XƏBƏR 2 Mart 2018 / 16:05 6254
-  A +

İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"la oyunda (1:1) "Barselona"nın uzunmüddətli seriyası qırılıb.

Qol.az-ın xəbərinə görə, 78 oyundan sonra La Liqada Kataloniya klubunun qapısına penalti təyin edilib.

Matçın 48-ci dəqiqəsində Kalyeri 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, "Barsa"nın qapısına sonuncu dəfə 2016-cı ilin fevralında penalti təyin edilmişdi.

Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner